Logo
Overview

Lego Date

April 24, 2026
4 min read

Salam, dostlar. İlk öncə onu qeyd edim ki, əslində bloglarım kateqoriyalaşmış şəkildə olmalı idi, lakin bir sıra texniki problemlərə görə localda hər şeyi həll etsəm də hələki kateqoriyalarımız mövcud deyil. Bu səbəblə də bloglar çox qarışıq görünə bilər. Amma önümüzdəki 7 gün ərzində bunla bağlı operativ tədbir görəcəyəm. İndi isə sizə blog kateqoriyam olan “Hyperthymetic Salnamələr” haqqında qısaca danışım. “Hyperthymetic Salnamələr” gələcək nəsillər üçün bir xatirə irsidir. Onun daxilində sevdiyim və həyatımın bir parçasına çevrilmiş insanlarla birgə yaşadığım maraqlı, bəzən də gülməli təcrübələri ironik və tam şəffaf şəkildə bölüşəcəyəm. Beləcə gələcəkdə bu blogu oxuduqda “gülməkdən öləcəyik”, bu yaşlarımızın gözəl keçdiyini xatırlayacağıq.


Lego date.

Biri var imiş biri yox imiş…Uşaq vaxtı düşünürdüm, niyə məhz biri var imiş, biri yox imiş? İkisi də olsa olmaz? Beynimi düşündürən bu suala axırki cavab tapdım. Sən demə biri olanda o birinə ehtiyac olmurmuş, ona görə də biri var imiş, biri yox imiş.

Heç biri yox imiş… Aysu xanım ilə hər ikimiz evdə bekar oturmuşduq. Və birdən evrika yaşadım. Niyə də görüşməyək? Təbii ki, yenə görüşüb nə edəcəyik bu haqda heç bir fikrimiz yox idi. Lazım olan sadəcə görüşmək idi. Bunun ən böyük səbəbi isə Aysu xanımla ayda bir dəfə görüşməyimiz, bu müddət ərzində başımıza gələn hadisələrin hamısını birdən danışmağımız idi. (bu müddət ərzində spoiler belə vermirik) Bu da bizim üçün çox böyük miqdarda data deməkdir. Və anidən dedim ki, [Aysu, bu ay “babbat tema” olubeee] Onda da eynisi idi. Acil toplantı əmri verdik. Aysuya gitmem gerekti, evdeydim.

Beləliklə, Aysu xanımı universitedən götürdüm. Divamız gileylənməyə başladı. Lego istəyirmiş. Ona lego alacaq xy xromosomu ilə evlənəsi imiş. Necə də gülməli. İlk öncə ona bu hadisənin baş vermə ehtimalının, zər atılanda 7 gəlməsi ehtimalı ilə eyni yerdə olmasını izah etdim. Daha sonra təbii ki də, a man olduğum üçün ona lego aldım. Yoxsa bir ömür gözləyəsi idi divam. Və ikonik məkanımız olan Bonacake-ə getdik. Aysu xanım həddən-ziyadə ac idi. Öncə ac qarınlarımızı doyurduq. Sonra legolarımızı qurmağa başladıq. Lego mövzusunda pro olduğum üçün dişil canlım olan Aysu xanıma da prosesi izah etdim.

Bir müddət sonra legolarımız bitdi. Photos: Daha sonra toplanmış dataları bölüşdük. Həqiqətən babat tema olubmuş.

Aysu xanım öz mükəmməl ötəsi instagram hesabında (cəmi 6 nəfər var) şəkillər paylaşmağa qərar verdi. Lakin, anidən legolara “mamlimatanlar” adını verdi. Bunu səbəbini bilmirdim. Deyəsən,vəhy gəlmişdi.


Elmira hanı?

İndi soruşa bilərsiniz ki, bəs Elmira xanım hardadır? Onsuz date? Çox haqlı bir sualdır, əlbəttə. Onsuz bir günümü təsəvvür etmək… Elmira xanım gündə 7657547 Hackatondan qeydiyyatdan keçdiyi üçün, Gəncədə Hackatona getmişdi. Amma deyəsən narazı idi. Həmişəki kimi yenə mənə əsəbiləşdi. Hələ də bilmirəm ki, Gəncədə ağaclar tozlanırsa, külək əsirsə, bu da Elmiranın nəfəsini boğursa, burda mənim günahım nədir?


Yenə “Central Park”?

Lego date-dən sonra fav overthinking məkanımız olan Cenrtal Parka üz tutduq. Aysu xanım bir balaca qruzda idi.

  • Rota- Son kez

Kimi sıraladığımız o mahnını dinləyərək yelləndik. Çox high moment idi. Sonra mən a man olaraq Aysu xanımı yellətdim. (səmalara uçdu) Ən sonda isə Aysu xanım məni avtobusa öz əlləri ilə qoyaraq yola saldı. (Elmira hələ də yox idi.)


Review:

Beləcə bu günkü macəramız da burda bitdi. Amma mən bu günkü date-miz haqda Aysu xanımın təəssüratlarını bölüşdüyü müsahibə aldım. Müsahibəmiz tam şəffalığı ilə mesaj formatında. (copy-paste)


Mən: Salam, Aysu xanım. Ümid edirəm yaxşınız. Sizinlə ən son etdiyimiz Lego date haqqında “Hyperthymetic salnamələr” rubrikamız üçün müsahibə almalıyam.

Aysu: əla 5⭐️

Mən: Dur sürüş. Müsahibə alırdım mən.

Aysu: yemek yeym geri donus edecem size (16:35)

Aysu: salamlar,ilk öncə təşəkkürümü bildirirəm. lego dateyə gəldikdə isə, mükəmməl təcrübə oldu mənim üçün. hətta indiyə qədər niyə yoxlamamışam bilmirəm. neçə belə ilklərə demək istəyirəm. çox xoş oldu sizin köməyinizlə.hər kəsə tövsiyyə edirəm. legonu. sizi yox. siz mənimsiz.! (21:00)

Aysu: gec cavablandırdığım üçün məni üzrlü sayın dünyayla əlaqəmi kəsmişdim,gözümü indi açdım budilnikin köməyi ilə.

Mən: Təşəkkürlər, Aysu xanım.

Mən: Bəs bizə deyə bilərsiniz mi, nə üçün bu legoların adını “Mamlimatanlar” olaraq təyin etdiniz? Bunun bir hekayəsi və ya səbəbi varsa, sizdən eşitmək istərdik.

Aysu: mənə mamlimatan bir dostumu xatırlatdı,nümayəndəniz bu sözü işlətdi və düşündüm ki, bu sözü dəyərləndirməliyəm.

Mən: Bir daha vaxt ayırdığınız üçün təşəkkürlər.

Aysu: minnətdaram,ümid edirəm 24 saat ərzində film təcrübəsinədə qatılarıq

Mən: Mütləq, məni universitetin çıxışından götürməyi unutmayın.

Aysu: sizi səbirsizliklə,yeni imacımla qarşllayacam

Mən: Səbirsizliklə gözləyirəm. 🔥🔥

Mən: Sizə “nəsə” dolu dəqiqələr yaşadacağam. Nəsə-nin nə olduğuna film qərar verəcək.

Aysu: 🤣🤣🤣 nəwəli anlar

Mən: Onu sonra şəxsi danışarıq. Nəzərə alın ki, müsahibə zamanı danışılan hər şey rubrikamızda yer alacaq, heç bir dəyişiklik və ya filtr olunmadan.

Aysu: oldu nail kəmərlinin yanında açmayın rublika məsələsini

Mən: Yox mən insanların çörəyinə şərik olmağı sevmirəm.

Aysu: sizin kimi insanlar az tapılar

Mən: Dəyərli sözlərə görə minnətdaram..

Aysu: Elmira xanim da qoşulacaqmi 24 saatlıq film təcrübəmizə?

Mən: Əlbəttə ki, onun qoşulmamaq kimi bir səlahiyyəti yoxdur, mütləq gələcək.

Aysu: komandanızın məsuliyyətini çox sevirəm

Mən: Məni bəs?

Aysu: sizi sevməmək olmaz

Mən: Çox təşəkkür edirəm. Gözəl müsahibə idi.


Göydən 3 daş düşdü. Biri Aysunun başına, biri Elmiranın başına. O biri də… Mənim başıma onsuz kül olub daşa ehtiyac yoxdu. O biri daş da düşdü quyuya.